"Ermənistan Respublikasında Dağlıq Qarabağ prezidenti yoxdur".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O, separatçıların sonuncu lideri Samvel Şahramanyanın İrəvanda işini işini davam etdirib-etdirməməsi ilə sualı belə cavablandırıb: "Ermənistan Respublikasında Dağlıq Qarabağ prezidenti, Dağlıq Qarabağ parlamentinin deputatları, Dağlıq Qarabağ parlament sədri yoxdur.
Sənədlərə gəlincə, o vaxt Dağlıq Qarabağın hakimiyyət orqanları qərar çıxardıqdan sonra zəng edib dedilər ki, "biləsiniz, biz belə qərar vermişik". Onlar həmin ərazidə olduqlarına görə Ermənistan rəhbərliyi heç nə deyə bilmədi. Bizə demədilər ki, siz nə fikirləşirsiz, buna necə baxırsız, dedilər: belə qərar vermişik".
Spiker həmçinin qeyd edib: "Ermənistanda Artsax nümayəndəliyinin binasının nə məna daşıdığı nəzərdən keçirilməlidir. Bu binadan “toplantılar” üçün istifadə edilməməlidir. Mən belə düşünürəm".
Ağarza Elçinoğlu