AZ

İsveç Ukraynaya yeni hərbi yardım paketi ayırıb

İsveç hökuməti Ukraynaya 444 milyon dollar məbləğində növbəti hərbi yardım paketi ayırıb.Bu barədə İsveç Müdafiə Nazirliyi məlumat yayıb.

"Yardım paketinə qumbaraatanlar, tank əleyhinə silahlar, müxtəlif texnika, eləcə də digər silah-sursatlar daxildir.
Bu gün, sentyabrın 9-da İsveç hökuməti Ukraynaya 17-ci hərbi yardım paketini təqdim edib. 444 milyon dollarlıq yardım paketi Ukraynanın hərbi ehtiyaclarını qarşılayacaq", - məlumatda deyilir.

İsveç, həmçinin Kiyevə bu il ərzində müxtəlif təşəbbüslər üçün 700 milyon İsveç kronu (67,5 milyon dollar) məbləğində maliyyə yardımı edəcəyini açıqlayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, 2022-ci ilin fevralından İsveç Kiyevə 4,6 milyard dollardan çox hərbi dəstək verib.

www.anews.az
Seçilən
124
8
anews.az

10Mənbələr