İsveç hökuməti Ukraynaya 444 milyon dollar məbləğində növbəti hərbi yardım paketi ayırıb.
Publika.az xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yardım paketinə qumbaraatanlar, tank əleyhinə silahlar, müxtəlif texnika, eləcə də digər silah-sursatlar daxildir.
Bu, İsveç hökumətinin Ukraynaya təqdim etdiyi 17-ci hərbi yardım paketidir.