AZ

Vüqar Əhmədov: "HOST qrupunun hətta özlərində olmayan bütün arxivi belə məndə durur"

"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Milli.Az xəbər verir ki, Baku TV-də yayımlanan verilişin budəfəki sayının qonağı dicey, prodüser Vüqar Əhmədov (Vugarixx) olub.

V.Əhmədov "AzRep"lə bağlı bütün arxiv videoları saxladığını söyləyib:

"Uşaqlıqdan bəri daima belə şeylərin içində olmuşam, həmişə araşdırmışam. Bir xasiyyətim var idi ki, xoşuma gələn nəsə olanda yükləyirdim. İndi məndə arxiv yaranıb. Silinən bütün videolar orada var. HOST qrupunun hətta özlərində olmayan bütün arxivi belə mən də durur".

Dicey Şəhriyar Atababayevi (Xpert) Azərbaycan repinin əfsanəsi hesab edir: "O, hər stildə yaza bilir, özü də çox dərin yazır. Hətta 15 il sonra onun yazdıqları dövrlə ayaqlaşar. Xpert tək işləyəndə daha xoşbəxt olur, bu zaman özünü daha sərbəst hiss edir. Çox istedadlı insandır, onu "AzRep"də əfsanələr siyahısına aid etmək olar".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
2
milli.az

10Mənbələr