AZ

ABŞ və Çin ilk dəfə beynəlxalq hərbi təlimlərdə birgə iştirak edir

ABŞ ordusu və Çin Xalq Azadlıq Ordusu ilk dəfə olaraq beynəlxalq hərbi təlimlərdə birgə iştirak edir.

Ucnoqta.az xəbər verir ki, "South China Morning Post"un yazdığına görə, "Formosa" təlimləri Cənubi Amerika respublikasının hərbçilərinin rəhbərliyi altında Braziliyada keçirilir.

Formosa təlimi 1988-ci ildən Braziliyada keçirilir və bu dəfə bir neçə ölkədən 3 min hərbçi iştirak edir. Onlar sentyabrın 17-dək davam edəcək.
Keçən il təlimlərdə ABŞ hərbçiləri də iştirak edib və Çin ordusunun nümayəndələri müşahidəçi qismində çıxış ediblər.
ABŞ və Çin hərbçiləri Çinin ABŞ-ın təşkil etdiyi RIMPAC təlimlərinə qoşulduğu 2016-cı ildən bəri ilk dəfə birgə manevrlərdə iştirak edir.

Təlimlərdə ABŞ və Çindən olan hərbçilərlə yanaşı, Argentina, İtaliya, Meksika, Nigeriya, Pakistan, Konqo Respublikası, Fransa və Cənubi Afrikadan olan qüvvələr iştirak edir.

Hərbçilər hava məkanına nəzarət etmək və nüvə, kimyəvi və bioloji təhlükələri tanımaq üçün təlim manevrləri həyata keçirir.

Seçilən
57
49
ucnoqta.az

10Mənbələr