AZ

Neft nəhənglərinin mənfəəti 10 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft nəhənglərinin mənfəəti 10 faiz azalıb.

Banco.az xəbər verir ki, dünyanın 9 ən böyük neft şirkətinin ilin birinci yarısında mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq təxminən 129,80 milyard dollara düşüb.

9 neft şirkətinin balans hesabatlarından tərtib edilən məlumatlara əsasən, Amerikanın “ExxonMobil” və “Chevron”, Niderlandın “Royal Dutch Shell”, Böyük Britaniyanın “BP”, Fransanın “TotalEnergies”, İtaliyanın “Eni”, Rusiyanın “Rosneft”, Norveçin “Equinor” və Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun ümumi mənfəəti ilin birinci yarısında əvvəlki ilə nisbətən təxminən 10 faiz azalıb.

Sözügedən dövrdə “Saudi Aramco” 56,30 milyard dollar, “ExxonMobil” 17,46 milyard dollar, “Shell” 14,02 milyard dollar, “BP” 5,47 milyard dollar, “Chevron” 9,93 milyard dollar, “Eni” 2,06 milyard dollar, “Equinor” 4, 54 milyard dollar və “TotalEnergies” 9,50 milyard dollar mənfəət açıqlayıb.

Bu da o deməkdir ki, ötən ilin yanvar-iyun dövrü ilə müqayisədə “Saudi Aramco” 9,1 faiz, “ExxonMobil” 9,6 faiz, “Shell” 4,7 faiz, “BP” 27,5 faiz, “Chevron” 21,1 faiz, “Eni” 30,4 faiz, “Equinor” 33,1 faiz və “TotalEnergies” 1,4 faiz az gəlir əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

phrase_var_article.chosen
50
11
banco.az

9phrase_var_article.sources