NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,55% artaraq 1 barelə görə 69,57 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,56% aartaraq 1 barelə görə 66,12 ABŞ dolları olub.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 ABŞ dolları və ya 3% azalaraq 73,63 ABŞ dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,13% azalaraq 2,233 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il sentyabrın 11-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il sentyabrın 11-də Avro 1.8780 manata kimi bahalaşıb.
LİRƏ
2024-cü il sentyabrın 11-də Türkiyə lirəsi 0.0500 manata kimi bahalaşıb.
RUBL
2024-cü il sentyabrın 11-də Rusiya rublu 0.0187 manata kimi ucuzlaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,28% artaraq 2 550,2 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,82% artaraq 28,85 ABŞ dollarına bərabər olub.