Kosovo millisində təhdid qalmaqalı baş verib.
Offsideplus.az xəbər verir ki, Futbol Federasiyasının prezidenti Agim Ademi futbolçular Edon Jeqrova, Arijanet Muriç və Florent Musliyana “ayaqlarınızı sındıracam” deyərək hədələyib. Bu səbəbdən baş məşqçi Franko Foda adıçəkilən üç oyunçunu heyətdən kənarlaşdırıb.
Daha əvvəl oxşar problemlərlə qarşılaşan bu futbolçular düşərgə qaydalarını pozduqları üçün tənqid olunublar. Ademi Fodanın qərarını dəstəkləyərək bildirib:
"Qaydalara hörmət edilməlidir. Gecə vaxtı düşərgəni tərk etdikləri üçün heyətdən kənarlaşdırılmaları məşqçinin qərarıdır. Bu məsələ ilə bağlı kənar şəxslərin fikri mənim üçün əhəmiyyətli deyil. Məsələnin içində olan insanların dedikləri ilə maraqlanıram."