Bakıda xəstə uşaq binadan yıxılaraq ölüb.
Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
2010-cu il təvəllüdlü S.Baxşəliyev 17-ci mərtəbədən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
S.Baxşəliyev autizmdən əziyyət çəkirmiş. Onun evdə tək olduğu, huşsuz vəziyyətdə yıxıldığı bildirilir.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun