AZ

"Brent" neftinin qiyməti artıb, təbii qazın qiyməti isə azalıb, avro, rubl ucuzlaşıb, qızıl qiyməti artıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,55% artaraq 1 barelə görə 69,57 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,56% aartaraq 1 barelə görə 66,12 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 ABŞ dolları və ya 3% azalaraq 73,63 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,13% azalaraq 2,233 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il sentyabrın 12-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il sentyabrın 12-də Avro 1.8727 manata kimi ucuzlaşıb.

LİRƏ

2024-cü il sentyabrın 12-də Türkiyə lirəsi 0.0500 manat təşkil edib.

RUBL

2024-cü il sentyabrın 12-də Rusiya rublu 0.0186 manata kimi ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,15% artaraq 2 546,10 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,53% artaraq 29.08 ABŞ dollarına bərabər olub.

Seçilən
113
17
fins.az

10Mənbələr