AZ

Putin: "BRICS-ə daha 34 dövlət qoşulmaq istəyir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"BRICS ölkələri birliyinin işinə bu və ya digər formada qoşulmaq istəyini artıq 34 dövlət ifadə edib".
Oxu.Az-ın "İzvestiya"ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin sentyabrın 12-də Sankt-Peterburqda Konstantinovski sarayında BRICS dövlətlərinin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksəksəviyyəli nümayəndələri ilə görüşdə bildirib.
O qeyd edib ki, BRICS çərçivəsində bu formatda görüş artıq 14-cüdür. Bu dəfə görüşdə yanvarın 1-dən tamhüquqlu üzv kimi birliyə qoşulan yeni dövlətlərin nümayəndə heyətləri də iştirak edirlər. Lakin daha çox ölkə onunla əməkdaşlıq etmək istəyir.
"Biz bir çox dövlətlərin BRICS-ə artan marağını diqqətdən kənarda qoya bilməzdik. Bu gün birliyimizin fəaliyyətinə bu və ya digər formada qoşulmaq istəyini 34 dövlət bəyan edib. Qeyd edim ki, yüksəksəviyyəli nümayəndələrin görüşü oktyabrın 22-24-də Rusiyada, Kazan şəhərində keçiriləcək BRICS və BRICS+ sammitinə hazırlığın mühüm mərhələlərindən biridir", - deyə Rusiya lideri vurğulayıb.
BRICS dövlətlərinin təhlükəsizlik üzrə yüksək səviyyəli nümayəndələrinin görüşü sentyabrın 10-dan 12-dək Sankt-Peterburqda keçirilir.
Qeyd edək ki, BRICS doqquz dövlətin - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiyanın dövlətlərarası birliyi, ittifaqıdır. Təşkilat 2006-cı ilin iyununda Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə təsis edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
oxu.az

10Mənbələr