“Microsoft”un qurucusu amerikalı milyarder Bill Qeyts 25 ildən sonra baş verəcək iki fəlakət ssenarisini gündəmə gətirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mövcud dünya şəraiti və artan iğtişaşların böyük müharibəyə səbəb ola biləcəyini deyən Qeyts, növbəti pandemiyanın yaranma ehtimalının yüksək olduğunu bildirib.
Qeyts ABŞ-ni tənqid edərək, “Dünyanın liderlik edəcəyini və model olmasını gözlədiyi ölkə bu gözləntilərdən geri qaldı”,- deyə ifadə edib.
2022-ci ildə nəşr olunan "Növbəti Pandemiyanın qarşısını necə ala bilərik" kitabında Qeyts hökumətlərə 2020-ci ildə pandemiyaya qarşı kifayət qədər hazırlıqlı olmadıqları barədə xəbərdarlıq edib.
Gülayə Mecid