AZ

Bakıda 2 rəfiqəni maşın vurdu

Bakının Xətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Jalə Fərman qızı Məmmədli və eyni yaşda olan onun rəfiqəsi Diana Vüqar qızı Nuriyevanı vurub. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onlara bədənin və baş nahiyələrində çoxsaylı əziklər diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
12
buta.tv

10Mənbələr