AZ

Putindən SƏRT XƏBƏRDARLIQ: “Ukrayna Qərb silahları ilə Rusiyanı vursa...”

“Rusiyaya qarşı yüksək dəqiqliyə malik uzaqmənzilli Qərb silahlarından istifadə NATO ölkələrinin Ukraynadakı döyüş əməliyyatlarında birbaşa iştirakı anlamına gələcək”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə açıqlamasında deyib.

Bununla da Vladimir Putin ilk dəfə ABŞ və Avropa ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə Rusiyaya yüksək dəqiqliyə malik Qərb silahları ilə zərbələr endirməyə icazə verəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

Prezident bildirib ki, Ukrayna ordusu belə silahlardan istifadə etmək iqtidarında deyil, çünki bu, yalnız peyklərin kəşfiyyat məlumatlarından istifadə etməklə mümkündür.

Onları yalnız NATO və ABŞ verə bilər. Bu baş verərsə, Qərb birbaşa döyüşlərdə iştirak edəcək.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
50
bizim.media

10Mənbələr