AZ

Azərbaycan-Ermənistan-Rusiya Üçtərəfli İşçi Qrupu bərpa oluna bilərmi?

"Rusiyanın mövqeyini nəzərə almadan və onu sülh prosesindən kənar saxlamaqla sülh müqaviləsi imzalamaq çətin olacaq"."DogruXeber.az" bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya XİN sözçüsü Mariya Zaxarovanın dilindən səslənən və Moskvanın regionun gələcək sosial-iqtisadi inkişafı üçün Ermənistan və Azərbaycan ilə üçtərəfli qrupun işini mümkün qədər tez bərpa etmək barədə çağırışını şərh edərkən deyib."Rusiyanın Azərbaycan-Ermənistan, ümumiyyətlə, postsovet ölkələrində baş verən konfliktlərlə bağlı reputasiyası ona inamı azaltdığı üçün münaqişə tərəfləri həmişə Rusiyadan uzaq durmağa çalışırlar. Rusiyanın belə münaqişələrdə həm neytral qalacağı, həm də uğurlu nəticə əldə edəcəyi şübhəli görünür", deyə Azər Qasımov bildirib.Həmsöhbətimiz qeyd edir ki, Rusiya belə münaqişələrin təşkilatçısı və idarəedicisi rolunda çıxış edib: "Rusiya məqam gözləyir ki, bundan istifadə edib tərəfləri yenidən öz müstəmləkəsinə çevirsin. Tərəflər isə bu iştiraka Rusiyanın imperialist maraqlarından yanaşdığına əmindirlər".Ekspertə görə, Azərbaycan və Ermənistan da bu baxımdan Rusiyanın vasitəçiliyini məcburən qəbul edib: "Amma Rusiyanın son dövrlər konstruktiv mövqe görüntüsü yaratması onun iştirakı ilə üçtərəfli işçi qrupun fəaliyyətinə müəyyən dərəcədə ümidləri artırır. Bu mənada hesab etmək olar ki, üçtərəfli işçi qrupu məsələsinin üstünə qayıtmaq mümkündür".ƏtraflıHəmsöhbətimiz düşünür ki, Üçtərəfli İşçi Qrupunun prosesə faydası indiki məqamda simvolikdir: "Məsələ ondadır ki, Ermənistan buna hazır deyil. Azərbaycan isə elan edib ki, onun üçün vasitəçinin kim olmasının fərqi yoxdur". Azər Qasımov hesab edir ki, buna baxmayaraq, belə görüşlər vacibdir:"Onsuz da Rusiyanın mövqeyini nəzərə almadan və onu sülh prosesindən kənar saxlamaqla sülh müqaviləsi imzalamaq çətin olar".Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə ölkəsinin regionun gələcək sosial-iqtisadi inkişafı üçün Ermənistan və Azərbaycan ilə üçtərəfli qrupun işini mümkün qədər tez bərpa etməyə çağırdığını bəyan edib. "Üçtərəfli işçi qrup çərçivəsində tamhüquqlu qarşılıqlı fəaliyyətin tezliklə bərpası Cənubi Qafqazın təkcə nəqliyyat-kommunikasiya sisteminin bərpasına birbaşa töhfə verməyəcək, həm də bütün bölgənin gələcək sosial-iqtisadi inkişafını təmin edəcək", deyə diplomat qeyd edib.

Seçilən
87
50
dogruxeber.az

10Mənbələr