Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.
DİN mətbuat xidmətinin məlumatına görə, sentyabrın 12-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 tüfəng təhvil götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davam etdirilir. Sentyabrın 12-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng və 7 ədəd patron aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ