AZ

Daha bir seçki məntəqəsinin nəticələri ləğv edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkidə 21 saylı Nəsimi - Binəqədi birinci seçki dairəsidən deputatlığa namizədliyi qeydə alınan Müsavat partiyasın üzvü saylı Gülağa Aslanlının şikayətinə baxılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) və Ekspert qrupunun üzvü İlkin Şahbazovun təqdimatına əsasən, namizəd müraciətində Seçki Məcəlləsinin 36.2 maddəsinə uyğun olaraq səsvermə günü bütün məntəqələrdə qayda pozuntusu olduğunu deyib:
"Buna görə də şikayətçi həmin dairənin bütün məntəqələrinin nəticəsinin ləğv edilməsini tələb edib. Lakin namizədin də iştirakı ilə aparılan araşdırma nəticəsində iddia edildiyi kimi bütün məntəqələrdə seçicilərin iradəsinə mane olan hallar aşkar edilməyib. Bununla yanaşı, araşdırma nəticəsində həmin dairənin 30 saylı məntəqəsində seçicilərin səsvermə prosesində iradəsinə mane olan əsaslar müəyyən edilib. Qərara əsasən, 21 saylı Nəsimi - Binəqədi birinci seçki dairəsinin 30 saylı seçki məntəqəsinin nəticələri ləğv edilib. Qərar dərc edildiyi gündən qüvvəyə minib".
Mərahim Nəsib
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
34
oxu.az

10Mənbələr