AZ

"Araz-Naxçıvan" hesabı açdı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasına 6-cı tura start verilib. Bununla da milli komandaların oyunları səbəbindən yarışa verilmiş 12 günlük fasilə başa çatıb.

QOL.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilir.

"Araz-Naxçıvan" öz meydanında "Kəpəz"lə qarşılaşır. Bu, "Kəpəz"in yeni baş məşqçi Azər Bağırovun rəhbərliyi altında ilk oyunudur. 5 oyundan sonra xal qazanmayan Gəncə klubu sonuncu pillədədir. Rəqibi ilə müqayisədə bir oyun az keçirən "Araz-Naxçıvan" isə 7 xalla 4-cüdür.

Qeyd edək ki, turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.

 

13 sentyabr (cümə)

19:30.“Araz-Naxçıvan” – “Kəpəz” - 1:0 (İkinci hissə)

Qol: Bernardo Diaş, 76
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov
“Liv Bona Dea Arena”

14 sentyabr (şənbə)

16:30.“Şamaxı” – “Sumqayıt”
Hakimlər:
Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
Şamaxı şəhər stadionu

19:00.“Qarabağ” – “Səbail”
Hakimlər
: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev

“Azersun Arena”

15 sentyabr (bazar)

18:00.“Zirə” – “Neftçi”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
Zirə İK stadionu

20:30.“Sabah” – “Turan Tovuz”
Hakimlər
: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
“Bank Respublika Arena”

N Klublar O Q H M T-F X
1 Turan Tovuz 5 4 1 0 6-0 13
2 Sabah 5 3 1 1 10-7 10
3 Qarabağ 4 3 0 1 10-3 9
4 Araz-Naxçıvan 4 2 1 1 4-5 7
5 Zirə 4 2 0 2 7-5 6
6 Sumqayıt 5 2 0 3 5-6 6
7 Şamaxı 4 1 2 1 3-3 5
8 Səbail 5 1 1 3 7-8 4
9 Neftçi 5 0 4 1 2-4 4
10 Kəpəz 5 0 0 5 2-15 0

Bombardirlər:

Davit Volkov ("Zirə") - 3 qol
Coy Lens Mikels ("Sabah") - 3 qol
Riçard Almeyda ("Qarabağ") - 2 qol
Xəyal Nəcəfov ("Turan Tovuz") - 2 qol
Ayman Bouali ("Səbail") - 2 qol
Suleyman Alluş ("Səbail") - 2 qol
Namik Ələskərov ("Sabah") - 2 qol
Cesse Sekidika ("Sabah") - 2 qol

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
49
teleqraf.com

10Mənbələr