AZ

"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi

Bu gün Misli Premyer Liqasına 6-cı tura start verilib. Bununla da milli komandaların oyunları səbəbindən yarışa verilmiş 12 günlük fasilə başa çatıb.

QOL.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

"Araz-Naxçıvan" öz meydanında "Kəpəz"lə qarşılaşıb. Oyun ev sahiblərinin 1:0 qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində “Araz Naxçıvan” ən azı 1 günlük də olsa 3-cü pilləyə yüksəlib.

“Kəpəz” isə ardıcıl 6-cı oyunda uduzub. Gəncə təmsilçisi yeni baş məşqçisi Azər Bağırovun rəhbərliyi altında da ilk oyununda xal qazana bilməyib.

Qeyd edək ki, turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.

13 sentyabr (cümə)

19:30.“Araz-Naxçıvan” – “Kəpəz” - 1:0

Qol: Bernardo Diaş, 76
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov
“Liv Bona Dea Arena”

14 sentyabr (şənbə)

16:30.“Şamaxı” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
Şamaxı şəhər stadionu

19:00.“Qarabağ” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev

“Azersun Arena”

15 sentyabr (bazar)

18:00.“Zirə” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
Zirə İK stadionu

20:30.“Sabah” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
“Bank Respublika Arena”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
3
musavat.com

10Mənbələr