AZ

Şair Altay Yaşar: "İndi həsrət hissi ölüb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin bu buraxılışında şair Altay Yaşar sevgi və dostluq münasibətlərindən danışıb.
Şair eşqi əlçatmaz adlandırıb: "Eşq, sevgi, məhəbbət bəzi qonşu xalqlarda bir sevgi anlamını daşıyır, amma bizim lüğətimizdə ədəbiyyatımızın zənginliyi səbəbindən eşqə ayrı status veririk. Eşq, ümumiyyətlə, sevginin ən üstün mərhələsidir. Mən, üstəlik, sən sevgiyə bərabərdir. Eşqin düsturunda isə mən yoxdur. Eşq, özündən keçib səndə yaşamaqdır".
Altay Yaşarın sözlərinə görə, həsrət hissi öldüyü üçün sevgilərin təməli böyük olmur:
"Əvvəllər insan sevdiyinin heç şəklini belə tapa bilmirdi. O qədər sevgisini ilahiləşdirirdi ki, həmin sevgi ona ayrı bir enerji verirdi və onun dalınca düşə, yaşada bilirdi. Həmin əlçatmazlıq onu daha da sevgisinə bağlayırdı. İndi hər şey açıq-aydındır. Kim nə vaxt istəyirsə, telefonda sevgilisinin harada oturduğunu, yemək yediyini görə bilir. Həsrət hissi azaldıqca sevgidə bağlantılar zəifləyir. Sevən insan ziyansız olur, bağışlaya bilir, gözü parıldayır, daxilində kin hissini öldürmüş olur. Sevgi, eşqin ilkin mərhələsi kimidir, görməklə sevirsən. Qəlbən, ruhən sevmək isə artıq eşqdir".
A.Yaşar vurğulayıb ki, darıxmaq münasibətin ən gözəl tərəfidir:
"Ümumiyyətlə, insanı ondan xəbərsiz sevəcək, onun olmadığı yerdə dəyərli biləcəksən. Yatanda, öləndə, zindanda, fərqi yoxdur. Bir insana yanında hörmət etmək bəlkə də lazım deyil. Əgər gücün varsa, yoxluğunda ona hörmət et".
Ətraflı Baku TV-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
49
oxu.az

10Mənbələr