AZ

Türkiyəli balıqçı qayığı ilə birlikdə yoxa çıxdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə Qara dənizin Bartın sahillərində balıqçı qayığı ilə birlikdə dənizdə yoxa çıxıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, iki gün əvvəl Bartın boğazından yola düşən və Tarlaağzı limanından təqribən 1.5 mil aralıda "BACANAK-2" adlı yeddi metr uzunluğundakı taxta qayığı ilə balıq ovuna çıxan Baykal Özdemir adlı balıqçı gecə saatlarında qohumlarına zəng edib və yardım istəyib. O, telefon şarjının bitmək üzrə olduğunu və qayığın mühərrikinin dayandığını bildirib.
Baykalın tapılması üçün qayıq və helikopterlərlə dənizdə axtarışlara başlanılıb. Lakin təxminən 13 saat davam edən axtarışlar hələ bir nəticə verməyib, balıqçı və qayığı tapılmayıb.
Mühərrikin nasazlığı səbəbindən dayanan qayığın gecə dənizdə fırtınada sürüklənərək beynəlxalq sulara keçmiş ola biləcəyi ehtimal edilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
50
oxu.az

10Mənbələr