AZ

Fatma Səttarovanın dəfn yeri açıqlandı - YENİLƏNİB

Bu gün vəfat edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarovanın dəfn yeri açıqlanıb.

Təşkilatdan bildirilib ki, mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, "İstiqlal" ordenli F.Səttarova 102 yaşında dünyasını dəyişib.

--------
09:27

Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova vəfat edib.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Fatma Səttarova 102 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, "İstiqlal" ordenli F.Səttarova, həm də Prezident təqaüdçüsü idi.

O, bu ilin fevralında keçirilən prezident seçkilərində seçki məntəqəsinə gedərək səs vermişdi.

 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
49
7news.az

10Mənbələr