AZ

"Qarabağ" hesabı açdı, "Şamaxı" "Sumqayıt"a qalib gəldi - Yenilənir

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 6-cı tur davam edir.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə 2 matçdan 1-i keçirilib. Əvvəlcə "Şamaxı" evdə "Sumqayıt"la qarşılaşıb. Oyun ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, bu mövsümdə 2-ci qələbəsini qazanan “Şamaxı” ən azı “Zirə” - “Neftçi” oyununun yekun nəticəsinə kimi 5-ci pilləyə yüksəlib.

Digər görüşdə son çempion "Qarabağ" "Səbail"i qəbul edir. Oyun saat 19:00-da başlayıb.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası, 6-cı tur

14 sentyabr (şənbə)

19:00.“Qarabağ” – “Səbail” - 1:0 (Birinci hissə)

Qol: Leandro Andrade, 5
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev

“Azersun Arena”

16:30.“Şamaxı” – “Sumqayıt” - 1:0 

Qol: Georgi Kantariya, 2
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
Şamaxı şəhər stadionu

15 sentyabr (bazar)

18:00.“Zirə” – “Neftçi”
Hakimlər: 
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
Zirə İK stadionu

20:30.“Sabah” – “Turan Tovuz”
Hakimlər
: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
“Bank Respublika Arena”

13 sentyabr (cümə)

“Araz-Naxçıvan” – “Kəpəz” - 1:0 

N Klublar O Q H M T-F X
1 Turan Tovuz 5 4 1 0 6-0 13
2 Sabah 5 3 1 1 10-7 10
3 Araz-Naxçıvan 5 3 1 1 5-5 10
4 Qarabağ 4 3 0 1 10-3 9
5 Şamaxı 5 2 2 1 4-3 8
6 Zirə 4 2 0 2 7-5 6
7 Sumqayıt 6 2 0 4 5-7 6
8 Səbail 5 1 1 3 7-8 4
9 Neftçi 5 0 4 1 2-4 4
10 Kəpəz 6 0 0 6 2-16 0

Bombardirlər:

Davit Volkov ("Zirə") - 3 qol
Coy Lens Mikels ("Sabah") - 3 qol
Riçard Almeyda ("Qarabağ") - 2 qol
Xəyal Nəcəfov ("Turan Tovuz") - 2 qol
Ayman Bouali ("Səbail") - 2 qol
Suleyman Alluş ("Səbail") - 2 qol
Namik Ələskərov ("Sabah") - 2 qol
Cesse Sekidika ("Sabah") - 2 qol

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
49
teleqraf.com

10Mənbələr