AZ

Qərbi Azərbaycan Xronikası: "Dvin məbədinin ermənilərə aidiyyəti yoxdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir" adlı buraxılışda filologiya elmləri doktoru, professor İbrahim Bayramov Qərbi Azərbaycanda yer adlarının tarixindən bəhs edir.
O bildirib ki, Qərbi Azərbaycanla bağlı araşdırma aparanda qədim türk dilinə istinad etmək lazımdır:
"Qərbi Azərbaycanın tarixən etnik tərkibi əsasən türklərdən ibarət olub. Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir. Erməni alimləri öz dillərində erməni mənşəli sözlərin az olduğunu qeyd ediblər".
Onun sözlərinə görə, Bcni Peçenek türk tayfalarının adını yaşadan məkandır: "Alban Sev Vank- Qara Vəng sözünü erməniləşdirib, Sevan kimi yazıblar. Karpi türk və elam dilindən əmələ gələn "möhkəmlənmiş el" mənasını verir. Dvin məbədinin ermənilərə aidiyyəti yoxdur. Dvinin əsl adı mənası farsca təpə anlamı verən "Dəbil" deməkdir".
Tanınmış alim Göyçə adının Göyçaydan əmələ gəldiyini, Ermənistan adının 1920-ci ildə yarandığını, eləcə də 1920-ci ilə qədər Armeniya, Hayastan adlı müstəqil dövlət adının olmadığını diqqətə çatdırıb.
İ.Bayramov sonda Qərbi Azərbaycan toponimləri ilə bağlı maraqlı fikirlər və faktlar səsləndirib.
Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
239
24
oxu.az

10Mənbələr