Xaçmaz rayonunda avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb.
Modern.az-ın məlumatına görə, hadisə Xaçmaz-Xudat avtomobil yolunun Köhnəxaçmaz kəndindən keçən hissəsində qeydə alınıb.
Beləki, sürücü "Opel" markalı avtomobilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı səkiyə çırpılıb.
Qəza zamanı 2001-ci il təvəllüdlü Şəhriyar Məmmədov hadisə yerində ölüb, 2002-ci il təvəllüdlü Gülməmməd Gülməmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.