AZ

Təhlükəli məktəb işə başladı - Müəllimlərin sayı şagirdlərdən çoxdur

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda ilk dərs günüdür.Bakupost.az bildirir ki, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən qalmaqallı Laçın qaçqın məktəbində də bu gün yeni tədris ilinə başlanılıb.Qeyd edək ki, məktəbin qəzalı vəziyyətdə təhlükəli ərazidə yerləşməsi, yolunun qəsəbə sakininin həyətindən keçməsi, ehtiyat çıxışının və yanğından mühafizə sisteminin olmaması ilə bağlı yayılan məlumatlar əsas verirdi ki, həmin mıəktəbin fəaliyyəti dayandırılsın. Amma fotolardan da göründüyü kimi, bu il də məktəb öz şagirdlərini qəbul edib.Laçın qaçqın məktəbinin direktoru Piyalə Xudaverdiyeva demişdi ki, rəhbərlik etdiyi doqquzillik təhsil müəssisəsinin cəmi 60 şagirdi və 20 müəllimi var. Hətta məktəbdə elə siniflər var ki, orda 3 nəfər uşaq var.Amma fotolardan görünür ki, şagirdlərin sayı müəllimlərin sayından azdır...Xatırladaq ki, məktəb yolunun paytaxt sakini Zəminə Zahirovanın həyətindən keçməsi ilə bağlı şikayət vermişdik.Məsələ ilə bağlı Bakupost.az bir sıra rəsmi orqanlara sorğu ünvanlayıb.Hələlik heç bir hərəkət olmasa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin cavabından belə aydın oldu ki, Badamdar qəsəbəsində yerləşən və yolu olmadığı üçün neçə vaxtdır sakinlərin narahatlığına səbəb olan qalmaqallı Laçın qaçqın məktəbi bağlana, şagird və müəllimlər isə başqa məktəbə köçürülə bilər.Direktorun israrla başqa məktəbə köçmək istəməməsinin səbəblərinə gəlincə, sakinlər iddia edir ki, məktəbdə yalnız Piyalə Xudayarovanın yaxın çevrəsi çalışır. Bir çox müəllim və xadimələrin adları məktəbdə getsə də, özləri işə gəlmir.

Seçilən
108
50
dia-az.info

10Mənbələr