AZ

İlon Maskdan haqlı sual- Nə üçün ABŞ-da yalnız Trampa sui-qəsd edilir?..

Image

Amerikalı milyarder İlon Mask ABŞ-ın sabiq prezidenti və dövlət başçısı postuna namizəd Donald Trampın həyatına ikinci sui-qəsd cəhdini şərh edib.

İlon Mask özünün sosial media platformasında belə bir ritorik sual yerləşdirib: Nə üçün yalnız Respublikaçılar partiyasının namizədinə sui-qəsd təşkil olunur? “Heç kim Prezident Cozef Baydeni, yaxud vitse-prezident Kamala Harrisi öldürməyə cəhd göstərmir”, - deyə amerikalı biznesmen yazıb.

Qeyd edək ki, sentyabrın 15-də Florida ştatında Donald Trampın qaldığı otelin qolf klubunda atışma baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, xüsusi xidmət orqanlarının əməkdaşları kolların arasında gizlənərək içəri daxil olmağa çalışan şəxsi saxlayarkən odlu silahdan istifadə edib. Onun gizləndiyi yerdə optik nişangahlı AK-47 avtomatı, iki çanta və “GoPro” kamerası aşkarlanıb. Faktla bağlı araşdırma başlayıb. İstintaqa Federal Təhqiqatlar Bürosu da qoşulub. ABŞ hakimiyyət orqanları hadisəni Donald Trampa qarşı sui-qəsd cəhdi kimi qiymətləndirib.

Bu, sabiq prezidentə qarşı artıq ikinci sui-qəsd cəhdidir. Trampın həyatına əvvəlki sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatında baş vermişdi. Onun çıxış etdiyi səhnədən təxminən 100 metr aralıdakı binanın damında gizlənən cinayətkar siyasətçiyə atəş açmışdı. Hadisə nəticəsində sabiq dövlət başçısı qulağından yaralanmışdı.

ZÜMRÜD





Seçilən
93
50
baki-xeber.com

10Mənbələr