Rumıniyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 11,3 min nəfərin yaşadığı Nehoyu şəhərindən 17 km şimal-şərqdə yerləşib.
Yeraltı təkanlar Ukrayna, Moldova və Bolqarıstanda da hiss olunub.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.