«Traktor»un xanım azarkeşləri yenidən bütün diqqətləri öz üzərlərinə çəkməyi bacarıb.
Təbrizli qadınlar doğma şəhərlərinin komandalarını Səhənd səfərində də tək buraxmayıb.
Onlar stadionda fərqli ab-hava yaradıb.
Tribunada kluba aid mahnının sözlərini zümzümə edən zərif cins nümayəndələri bu görüntüləri sosial şəbəkələrdə yayıblar. İ
zlənmə rekordu da öz yerində. Həmişəki kimi onların kadrları böyük maraqla qarşılanıb.
SPORTİNFO.AZ