AZ

İranda avtobus aşıb: Çox sayda ölən və yaralananlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İranın Yəzd əyalətində avtobus aşıb, çoxlu sayda ölən və yaralananlar var.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən bildirir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətindən xəbər verilib.
Məlumata görə, qəza nəticəsində azı 10 nəfər həlak olub, 36 nəfər isə yaralanıb.
Yaralılar dərhal xəstəxanalara aparılıblar.
"Qəza yerinə Qızıl Aypara Cəmiyyətinə məxsus helikopterin də göndərilməsi planlaşdırılır", - deyə məlumatda vurğulanır.
Seçilən
267
50
oxu.az

10Mənbələr