AZ

İkiqat olimpiya çempionu vəfat edib

ABŞ-dən olan ikiqat olimpiya çempionu Otis Devis vəfat edib.

Paralel.az oxu.az-a istinadən xəbər verir ki, atlet 92 yaşında ölüb.

Qeyd edək ki, Otis Devis dünya atletika tarixinə fenomenal nailiyyətləri ilə daxil olub. 1960-cı ildə Romada keçirilən Olimpiya Oyunlarında o, iki qızıl medal qazanıb - 400 metr məsafədə və 4x400 metr estafetində. Onun fərdi qaçışdakı qələbəsi əsl sensasiya olub - Devis yarışın favoriti olan alman Karl Kaufmanı fotofinişdə qabaqlayaraq 44.9 saniyəlik nəticə göstərib. Bu nəticə yeni dünya rekordu olub və tam üç il qüvvədə qalıb.

Seçilən
151
6
paralel.az

10Mənbələr