Bakı, TurkicWorld
2024-cü ilin yanvar-avqust aylarında Almaniyadan Türk limanlarına 1 milyon 96 min 526 ton yük daşınıb.
Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Almaniyadan Türkiyə limanlarına 45 min 761 ton yük daşıyıb.
“Bu ilin yanvar- avqust aylarında Almaniyadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 1 milyon 50 min 765 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Almaniyadan Türkiyəyə ABŞ bayrağı ilə üzən gəmilərlə yük çatdırılmayıb.
2024-cü ilin yanvar- avqust aylarında Almaniyadan Türkiyə limanlarına 64 min 341 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyə limanlarının yük dövriyyərisi 31 milyon 474 min 554 ton olub.
Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə həyata keçirilən yük dövriyyəsi 2 milyon 462 min 885 ton təşkil edib.
“Türkiyə limanlarında digər ölkərin bayraqları altında gəmilərlə yük daşıma dövriyyəsi 29 milyon 11 min 669 ton olub”, – deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2024-cü ilin avqust ayında Türkiyə limanlarında transit yük daşıma dövriyyəsi 5 milyon 673 min 127 ton təşkil edib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 267 milyon 808 min 760 ton yük qəbul edib.
“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 918 min 491 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 247 milyon 890 min 269 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 33 milyon 388 min 386 ton transit yük daşınıb.
Qeyd edək ki, bu ilin yanvar- avqust ayında Türkiyə limanları 40 min 846 gəmi qəbul edib.
Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 26 min 836, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 14 min 10 olub.