AZ

Bakı İqlim Fəaliyyəti Həftəsində iştirak etmək imkanı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi planlaşdırılır.COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin təşəbbüsü ilə təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi 30 sentyabr bazar ertəsindən 4 oktyabr cümə gününə qədər keçiriləcək. Hazırda dünyanın şəhər səviyyəli ən böyük ictimai iqlim tədbiri - London İqlim Fəaliyyəti Həftəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsində yüksək səviyyəli beynəlxalq konfransların, eləcə də, çoxtərəfli yerli və icma yönümlü tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının da 1-3 oktyabr tarixlərində  5 ayrı dairəvi masa görüşü keçirilməsi nəzərdə tutulub.Məqsəd Azərbaycanda ekoloji mühitin quruluması təklifləri, çağırışları, imkanları və siyasətləri stimullaşdıran yolları müzakirə etməkdir. Nəqliyyat və logistika məsələləri də görüşlərdə müzakirə mövzularından birini təşkil edir. “Sıfır emissiyalı çatdırılma, yükdaşıma və nəqliyyat” mövzulu bu dəyirmi masa görüşündə sahənin qabaqcıl şirkətləri, dövlət qurumları və COP yüksək səviyyə çempionları (HLC-High Level Champions) arasında qarşılıqlı müzakirələr aparılacaq. Sonda sahənin inkişafı ilə bağlı ortaq bəyannamə sənədinin imzalanması mərasimi baş tutacaq.  Dəyirmi masa görüşü 01 oktyabr 2024 tarixində, saat 11:30-da keçiriləcək. Sizi bu önəmli müzakirə və tədbirlərdə iştirak üçün dəvət edirik.Ümid edirik, dəyərli töhfələriniz ilə birgə daha dayanıqlı və ekoloji cəhətdən davamlı bir gələcək qurmaq üçün mühüm addımlar atacağıq.Tədbirdə iştirak ödənişlidir.

ADEX

Seçilən
13
baku.news

1Mənbələr