AZ

Xəzinə 140 milyon manat da borc alır

24 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli, dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu: AZ0201070254

Buraxılış həcmi: 140 000 000 manat

Nominal dəyəri: 100 manat

İstiqrazların tədavül müddəti: 1092 gün

Faiz ödənişləri: 2025-ci il 25 mart, 2025-ci il 23 sentyabr, 2026-cı il 24 mart, 2026-cı il 22 sentyabr, 2027-ci il 23 mart, 2027-ci il 21 sentyabr

Faiz dərəcəsi (olduqda):  7.5 %

Ödəmə tarixi:  21.09.2027

Anderrayter:  “PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Seçilən
100
3
marja.az

10Mənbələr