AZ

"Seçkiləri uduzsam, günah yəhudilərdə olacaq" - Tramp

ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasının noyabr seçkilərində prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gəlməsə, günahın böyük hissəsinin yəhudilərin üzərinə düşəcəyini iddia edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən İsrail-Amerika Şurasının (İAC) konfransında çıxış edən Tramp "ABŞ-da yəhudilərin 60 faizi düşmənə səs verib" deyib. 

Sözügedən qrupu “axmaqlar” kimi xarakterizə edən Tramp, bu seçkidə qalib gəlməsə, günahın böyük hissəsinin yəhudilərdə olacağını və İsrailin 2 il ərzində yox olacağını müdafiə edib. 

Seçilən
176
18
unikal.az

10Mənbələr