AZ

“Uduzsam, günah yəhudilərdə olacaq” – Tramp

“Prezident seçkisində uduzsam, günah yəhudilərdə olacaq”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasının noyabr seçkilərində prezidentliyə namizədi Donald Tramp deyib.

Paytaxt Vaşinqtonda keçirilən İsrail-Amerika Şurasının (İAC) konfransında çıxış edən Tramp deyib ki, “ABŞ-də yəhudilərin 60 faizi düşmənə səs verib”.

Sözügedən qrupu “axmaqlar” kimi xarakterizə edən Tramp, bu seçkidə qalib gəlməyəcəyi təqdirdə İsrailin 2 il ərzində yox olacağını iddia edib. 

O, noyabrdakı seçkilərin İsrail üçün indiyə qədər ki, ən əhəmiyyətli seçki olacağını bildirib.

“AzPolitika.info”

Seçilən
159
2
azpolitika.info

10Mənbələr