AZ

Gərginlik ARTIR – Britaniya vətəndaşlarını Livanı tərk etməyə ÇAĞIRDI

“Böyük Britaniya vətəndaşlarına Livanda mövcud olan kommersiya aviaxidmətləri işlədiyi müddətdə ölkəni tərk etməyi tövsiyə edib”.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib.

“Xarici işlər naziri Devid Lemmi Livandakı son vəziyyət və vəziyyətin kəskinləşmə riskini nəzərə alaraq davam edən hazırlıq işlərini müzakirə etmək üçün “COBRA" iclasına rəhbərlik edib. Britaniya vətəndaşlarının təhlükəsizliyi bizim bir nömrəli prioritetimizdir. Buna görə də biz vətəndaşlarımıza Livanı kommersiya reysləri mövcud olduğu müddətdə tərk etməyi tövsiyə edirik”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, İsrailin Licanda fəaliyyət göstərən Hizbullah hərəkatının üzvlərinə peycerlər vasitəsilə hücum etməsindən sonra bölgədə vəziyyət daha da gərginləşib. Xarici KİV İsraillə Hizbullah arasında yaxın günlərdə genişmiqyaslı müharibənin başlayacağını bildirirlər.

Bizim.Media 

Seçilən
0
50
bizim.media

10Mənbələr