Demokrat.az xəbər verir ki, Baku TV məsələ ilə bağlı adıçəkilən ünvanda olub. Lakin çəkiliş qrupuna müəssisəyə daxil olmağa icazə verilməyib. Buna səbəb olaraq isə ərazidə rəhbərlikdən heç kimin olmadığı bildirilib.
Bir müddət sonra isə Baku TV-nin əməkdaşları sözügedən uşaq evinin sakini olan Məhəmməd Abıyevin hücumuna məruz qalıblar.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Qeyd edək ki, son illər haqqında ancaq neqativ xəbərlər yayılan 3 saylı uşaq evi Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Sosial Xidmətlər Agentliyindən bildirilib ki, 3 saylı uşaq evinin sakini Ramal Rəsulov özünün istəyinə əsasən mövcud psixoloji vəziyyəti nəzərə alınaraq artıq agentliyin digər müəssisəsinə yerləşdirilib.
Hazırda agentlik və aidiyyəti qurumlar tərəfindən azyaşlının iddiaları əsasında araşdırma aparılır.
Ətraflı videomaterialda:
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
arantv.azJurnalistlər qalmaqallı uşaq evinə niyə buraxılmadı? – Video ( 11193928)
-
news365.azJurnalistlər qalmaqallı uşaq evinə niyə buraxılmadı? ( 11192962)
-
milli.azJurnalistlər qalmaqallı uşaq evinə niyə buraxılmadı? ( 11192857)
-
regionxeberlericom.azJurnalistlər qalmaqallı uşaq evinə niyə buraxılmadı? - Video ( 11192713)
-
hurriyyet.azJurnalistlər qalmaqallı uşaq evinə niyə buraxılmadı? - Video ( 11192491)
-
musavat.comJurnalistlər qalmaqallı uşaq evinə niyə buraxılmadı? - Video ( 11192014)
-
xalq.azVüqar Behbudovun xəbəri var-Uşaqları döyürlər,quru şörək verirlər….-Video ( 11191381)
-
anaxeber.infoQalmaqallı iddia ilə gündəmə gələn uşaq evində jurnalistlərə hücum edildi - Video ( 11190664)
-
viral.azJurnalistlərə qalmaqallı uşaq evində hücum: Əraziyə polis çağırıldı ( 11189842)
-
redaktor.azJurnalistlərə qalmaqallı uşaq evində hücum: Əraziyə polis çağırıldı - VİDEO ( 11189746)