Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.
Yenicag.az xəbər verir ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası sentyabrın 21-də saat 15:00-a təyin edilib.
Qeyd edək ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.