AZ

Sumqayıtda 65 yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb

Sumqayıtda soyğunçuluqda və oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 18-də 17-ci mikrorayon ərazisində 65 yaşlı bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda, müxtəlif vaxtlarda isə şəhər ərazisində 4 evdən ümumilikdə 6700 manat dəyərində qızıl-zinət əşyaları və 1300 manat pul, sənəd və bank kartları oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuşlar - 32 yaşlı İ.Əliyev, 34 yaşlı T.Hacıyev və 38 yaşlı P.Quliyev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Seçilən
1
24
far.az

10Mənbələr