Türkiyəli müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edərək yüksək qonorar alıb.
Publika.az baku.ws-ə istinadən bildirir ki, bu barədə aparıcı Elgiz Əkbər öz verilişində bildirib.
O qeyd edib ki, Bakıda Bilgəhdə villası olan varlı şəxs Petek Dinçözü oxuması üçün oğlunun ad günü məclisinə dəvət edib.
Petek 8 nəfərlik ailə üzvləri qarşısında orkestrla birlikdə mahnılarını səsləndirib.