Azərbaycan 1-ci Liqasında mübarizə aparan “Cəbrayıl” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Publika.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ruslan 93 İdman Kompleksində baş tutan seminarda UEFA-nın oyunların toxunulmazılığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.