Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Arxangelsk kəndini atəşə tutması zamanı yaralananların sayı 4 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bu barədə qubernator Vyaçeslav Qladkov Teleqram kanalında məlumat verib.
Qubernator əlavə edib ki, zərərçəkənlərə bütün lazımi köməkliklər göstərilir, fəsadlar barədə məlumatlar dəqiqləşdirilir.