AZ

Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyab­rın 23-də Türkiyə Respublika­sının Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətin­dən bildiriblər ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasi­bətlərinin bütün sahələrdə uğurlu inkişafın­dan məmnunluq ifadə olunub.

Təhsil sahəsində əlaqələrin dinamikası xüsusi vurğulanaraq, iki ölkənin ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri arasında uzunmüddətli səmərəli əməkdaş­lığın nəticələri təqdir edilib.

Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasının əhəmiyyəti qeyd olunub, layihədə iştirak edən universitetlə­rin iki ölkənin aparıcı ali təhsil müəssisələri olduğu xüsusi vurğulanıb.

Qəbul nəticələrinə əsasən, 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühən­disliyi və qida mühəndisliyi ixtisasları üzrə ümumilikdə 90-a yaxın tələbə təhsil alacaq.

Görüşdə Türkiyə-Azərbaycan Univer­sitetinin fəaliyyəti ilə bağlı cari məsələlər, həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektiv­ləri müzakirə olunub.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, həmçinin Türkiyənin aparıcı ali təhsil müəssisələri­nin rektorları və Azərbaycan Texniki Uni­versitetinin rektoru görüşdə iştirak ediblər.

XQ

Seçilən
36
20
xalqqazeti.az

10Mənbələr