AZ

Prokurorlar məhkəmədən Trampın işinə 2024-cü ilin avqustunda baxılmasını istəyiblər

Prokurorlar Fulton dairəsi hakimindən 2024-cü ilin avqustunda ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı 2020-ci il ABŞ prezident seçkilərinə müdaxilə işi üzrə mühakimə olunmasını xahiş edirlər. Bizimyol.info xəbər verir ki, bu barədə Trampın vəkilləri məlumat veriblər. “Prokurorluq məhkəmədən təqsirli bilinənlərin nəhayət 21 iyun 2024-cü il tarixinə irəli sürülən ittihamlarla bağlı öz mövqelərini bildirəcəkləri və prosesin özünün 5 avqust 2024-cü ildə başlayacağı bir dinləmə təyin etməyi xahiş edir”, - deyə cümə günü açıqlanan məhkəmə sənədində deyilir. Prokurorluq seçimini onunla izah edib ki, bundan əvvəl Trampa qarşı digər işlərdə dinləmələr başlayacaq. Prosesin avqustda başlaması digər işlərin aparılmasına mane olmayacaq. Bundan əvvəl prokurorluq Trampın ittiham olunduğu 2020-ci il ABŞ prezident seçkilərinə müdaxilə ilə bağlı işə Fulton dairə məhkəməsində baxılmasının təxminən 4 ay çəkəcəyini bildirmişdi. Fulton qraflığının prokuroru Fanny Uillis əvvəllər məhkəmənin oktyabrın 23-də başlamasını təklif etmişdi, Trampın müdafiəsi ona qarşı çıxıb və bütün işlərin 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərindən sonra mühakimə olunmasını israr edib. Çərşənbə günü keçirilən iclasda hakim 19 müttəhimin hamısının məhkəməsinin oktyabrda başlaya biləcəyinə "son dərəcə şübhə ilə yanaşdığını" bildirib. Onun sözlərinə görə, bu, hələ qərar qəbul edilməmiş məhkəmə öncəsi vəsatətlərin çoxluğu ilə bağlıdır. Avqust ayında Corciyanın böyük jürisi Trampı saxtakarlıq, dövlət məmurunu öz andını pozmağa sövq etməyə cəhd və Cinayət Təşkilatları Qanununu pozmaq da daxil olmaqla 11 maddə üzrə ittiham edib. Ümumilikdə 41 maddə üzrə 19 şəxsə qarşı ittiham irəli sürülüb. Onların arasında Trampın vəkili Rudi Culiani, Trampın Ağ Ev aparatının rəhbəri Mark Meadouz, keçmiş prezident vəkilləri Con İstman, Kennet Çesbro, ABŞ Ədliyyə Departamentinin əməkdaşı Ceffri Klark, Trampın kampaniyasının vəkili Cenna Ellis, vəkil Robert Çili, Trampın seçki kampaniyasının əməkdaşı Mayk Roman, Corciya ştatında Respublikaçılar Partiyasının sədri David Shafer var. ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Tramp 2022-ci ilin noyabrında ən yüksək hökumət postu uğrunda mübarizəyə girəcəyini açıqlayıb. Qadir, Bizimyol.info

Seçilən
291
50
Mənbələr
Şərh ()
Bağla