AZ

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir."DogruXeber.az" bu barədə ADY-yə istinadən xəbər verir.Məlumata görə, əlavə təyin edilən qatarlar sentyabrın 28-də saat 09:15-də Bakıdan Ağstafaya, sentyabrın 29-da saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Seçilən
19
49
dogruxeber.az

10Mənbələr