Sentyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
“Ölkə.az” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib.