AZ

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrda Cenevrədə ölkələr arasındakı sülh nizamlanması çərçivəsində görüşəcəklər".
Oxu.Az xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqın mətbuat katibi Tomas Fitzsimons məlumat verib.
"Ermənistan və Azərbaycan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü artıq üçüncü dəfə oktyabrın 13-dən 17-dək Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində keçiriləcək", - o qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, görüşün dəqiq tarixi hələ açıqlanmayıb. Fitzsimons həmçinin qeyd edib ki, bu görüş regionda sülh səylərinə fayda verməlidir.
Seçilən
50
50
oxu.az

10Mənbələr