AZ

Avropa çempionatı: Kişi və qadın yığmalarımız MƏĞLUB OLDU 

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında VI turun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Yunanıstana uduzub 1,5-2,5. Teymur Rəcəbov məğlub olub, Şəhriyar Məmmədyarov, Nicat Abasov və Vasif Durarbəyli heç-heçə oynayıb. 

Qadın şahmatçılardan ibarət yığmamız isə Bolqarıstanla mübarizədə xalsız qalıb 1,5-2,5. Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova turu heç-heçə ilə başa vurub. Ülviyyə Fətəliyeva isə məğlub olub. 
Bu gün keçiriləcək VII turda kişilərdən ibarət Azərbaycan komandası Moldova, qadın şahmatçılar isə İngiltərə ilə mübarizə aparacaq. 

Bizim.Media
 

Seçilən
258
34
Mənbələr
Şərh ()
Bağla