AZ

UEFA Avropa Liqası: “Qalatasaray” qələbə ilə başladı - Gecənin nəticələri

2024/2025 mövsümündən etibarən yeni formatda keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsində I tura start verilib.

Yenisabah.az xəbər verir ki, ilk oyun günündə 9 matç keçirilib.

Türkiyədə “Qalatasaray” Yunanıstan çempionu PAOK-u qəbul edib. Oyun "cim-bom"un qələbəsi ilə başa çatıb - 3:1. vakansiya

İngiltərənin “Mançester Yunayted” klubu isə evdə Niderland təmsilçisi “Tvente”ni üstələyə bilməyib - 1:1.

“Qarabağ”ın rəqiblərindən olan İsveçin “Elfsborq” komandası səfərdə Niderlandın AZ Alkmaar klubuna uduzub. “Budyo-Qlimt” (Norveç) isə doğma meydanda azlıqda qalmasına baxmayaraq, “Portu”dan (Portuqaliya) üstün olub.

UEFA Avropa Liqası

Liqa mərhələsi

I tur

AZ Alkmaar (Niderland) – “Elfsborq” (İsveç) 3:2

“Budyo-Qlimt” (Norveç) – “Portu” (Portuqaliya) 3:2

“Mançester Yunayted” (İngiltərə) – “Tvente” (Niderland) 1:1

“Qalatasaray” (Türkiyə) – PAOK (Yunanıstan) 3:1

“Dinamo” (Kiyev, Ukrayna) – “Latsio” (İtaliya) 0:3

“Ludoqorets” (Bolqarıstan) – “Slaviya” (Çexiya) 0:2

“Midtyullann” (Danimarka) – “Hoffenhaym” (Almaniya) 1:0

“Nitsa” (Fransa) – “Real Sosyedad” (İspaniya) 1:1

“Anderlext” (Belçika) – “Ferentsvaroş” (Macarıstan) 2:1

Qeyd edək ki, Liqa mərhələsində I tura sentyabrın 26-da keçiriləcək 9 oyunla yekun vurulacaq.


Telegram kanalımız
Seçilən
11
14
yenisabah.az

10Mənbələr